“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində struktur dəyişiklikləri həyata keçirilir.
“Azəriqaz”ın baş direktoru Azər Məmmədov Regional Qaz İstismarı İdarələrinin (RQİİ) rəislərinə ştat ixtisarı ilə bağlı tapşırıq verib.
Məlumata əsasən, dəyişikliklər SOCAR-ın “Birlik” Strategiyası və Transformasiya proqramı çərçivəsində həyata keçirilir.
Bu çərçivədə A.Məmmədov RQİİ-lərin rəhbərlərinə 2026-cı ilin sonunadək SOCAR tərəfindən müəyyən edilmiş ştat ixtisarı hədəflərinin icrasını təmin etməyi tapşırıb.
Bunun üçün Regional Qaz İstismarı İdarələrinin 2026-cı il üzrə təsdiq edilmiş qulluqçu və fəhlələrin ştat cədvəllərində dəyişikliklərin aparılması göstərişi verilib. (Plat.az)


