AzTU-da əsaslı təmir işləri aparılacaq
Azərbaycan Texniki Universitetində (AzTU) əsaslı təmir işləri aparılacaq.
İqtisadiyyat.az bu barədə universitetdən məlumat əldə edib.
Belə ki, ali təhsil müəssisəsi təmir işlərini aparacaq şirkət axtarışına çıxıb.
Bu işlərə sərf olunacaq məbləğin 2,3 milyon manat olacağı proqnozlaşdırılıb.

