Bakıda pulsuz müayinələr təşkil olunur - VİDEO
Azərbaycan Tibb Universitetində “Elektron siqaretlərin gənclərin ürək-damar və tənəffüs sistemlərinə təsiri” mövzusunda elmi tədqiqatlara start verilib.
Tədqiqatı aparan Azərbaycan Tibb Univesitetinin Daxili xəstəliklər kafedrasının doktoru Türkan Vəlixan jurnalistlərə müsahibəsində bildirib ki, iştirakçılar tətqiqat çərçivəsində qan, bəlğəm və əlavə spirometriya cihazında müayinədən keçəcəklər.
Bütün müayinələr pulsuzdur və konfidensialdır.
Türkan Vəlixan bildirib ki, tədqiqatın məqsədi elektron siqaretlərin sağlam gənclərin ürək və ağciyər sağlamlığına təsirini öyrənməkdir.
18–30 yaş arası gəncləri tədqiqat iştirakçısı kimi dəvət edilir.
Tədqiqat Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında təşkil olunur.

