BakıKart QR ödənişi artıq ABB mobile-də – İlk 10 gediş pulsuz
İctimai nəqliyyatda rəqəmsal ödəniş imkanlarının genişləndirilməsi istiqamətində növbəti yenilik tətbiq olunub.
Artıq sərnişinlər ABB mobile tətbiqi vasitəsilə BakıKart xidmətindən istifadə edərək metro və avtobus gedişləri üçün QR bilet yarada bilərlər.
Yeni xidmət sayəsində istifadəçilər tətbiq üzərindən QR bilet əldə edə, həmçinin ictimai nəqliyyatda ödənişlərini rahat və sürətli şəkildə həyata keçirə bilərlər.
Xidmətin istifadəyə verilməsi münasibətilə xüsusi kampaniya da təqdim olunur. Belə ki, 31 iyul 2026-cı il tarixinədək ABB mobile tətbiqi vasitəsilə yaradılan ilk 10 QR gedişi ödənişsizdir.
Qeyd edək ki, BakıKart rəqəmsal ödəniş həllərinin genişləndirilməsi istiqamətində banklarla əməkdaşlığını davam etdirir və sərnişinlər üçün daha rahat, sürətli və əlçatan xidmətlərin təqdim olunması istiqamətində daim çalışır.


