“Bank Standard”ın daşınmaz əmlakı hərraca çıxarılır
![“Bank Standard”ın daşınmaz əmlakı hərraca çıxarılır](https://businesstime.az/uploads/images/2022/05/image_750x_628d0c96a72f0.jpg)
İyunun 6-da "Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Bank Standard” QSC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.
BusinessTime.az xəbər verir ki, bu barədə bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 97 ünvanında yerləşən 45 kv.m.-lik yaşayış sahəsindən gedir. Əmlaka 360 min manat qiymət qoyulub.