Bank kartlarında yeni qazanc imkanı – vəsaitə faiz hesablanır
Bank Respublika tərəfindən təqdim olunan Mastercard Neo Premium kartı ilə müştərilər alış-veriş etdikləri yerdən asılı olmayaraq restoran, yanacaqdoldurma məntəqəsi, mağaza və digər məkanlarda Neobonuslar qazana bilərlər.
Bankın məlumatına görə, toplanan Neobonusları keşbek, danışıq dəqiqələri, mobil internet və ya səyahət millərinə dəyişmək mümkündür.
Mastercard Neo Premium kartının buraxılma haqqı 40/60/80 AZN, keşbek imkanı isə hər yerdə 1%-dək, seçilmiş kateqoriyalarda isə 5%-dək təşkil edir. Kartın istifadə müddəti 1/2/3 il müəyyən edilib.
Kart AZN / USD / EUR valyutalarında təqdim olunur. AZN üzrə qalıq vəsaitə illik 5%, USD üzrə isə 0.2% faiz hesablanır.
NeoKart üzrə kredit xətti üçün 45 gün güzəşt müddəti nəzərdə tutulub.
Bank bildirir ki, NeoKart ilə ödəniş edilmədiyi halda belə kartdakı vəsait gəlir gətirə bilər. Belə ki, müştərilər hər ay qalıq vəsaitə görə illik 5%-ə qədər qazanc əldə edə bilərlər.
Bundan əlavə, NeoKart sifariş edən müştərilərə hədiyyə olaraq 4000-ə qədər Xoşgəldin Bonusu qazanmaq imkanı təqdim olunur.


