Bank sektorunun xalis mənfəəti 16,9% artıb

Bank sektorunun xalis mənfəəti 16,9% artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-mart aylarında 173,9 milyon manat xalis mənfəət əldə edib.

BusinessTime.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 % çoxdur.

3 ay ərzində bankların əməliyyat gəlirləri 830,1 milyon manat, əməliyyat xərcləri 541,2 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 73,4 milyon manat, mənfəət vergisi ödəmələri isə 41,6 milyon manat təşkil edib.