Bentonitin istehsal həcmi artıb
Bu ilin yanvar-oktyabr aylarında ölkədə 264,1 min ton bentonit istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 37,2 faiz və ya 71,6 min ton çoxdur.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin sentyabr ayı ilə müqayisədə isə oktyabrda istehsal həcmində 11,5 faiz və ya 3,1 min ton artım qeydə alınıb. Oktyabr ayında 30,1 min ton bentonit istehsal edilib.
Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı 243,1 min ton təşkil edib.

