Biləcəridə söküntü işlərinə başlanılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi” Bakının Biləcəri qəsəbəsində bir sıra tikililərin söküntüsü işlərinə başlayır.
Plat.az xəbər verir ki, işlərə 1 milyon 421 min 704 manat ayrılması planlaşdırılıb.
Layihə çərçivəsində inzibati bina, diaqnostika binası, anbar binası, yanğın su anbarı və başqa tikililərin sökülməsi həyata keçiriləcək.


