Billurə Hacızadə “Firidun bəy Köçərli mükafatı"na layiq görülüb

Billurə Hacızadə “Firidun bəy Köçərli mükafatı"na layiq görülüb

Bu gün böyük maarifçi Firidun bəy Köçərlinin anadan olmasının 163-cü ili tamam olur.

AzEdu.az Təhsil Portalı 2020-ci ildən “Firidun bəy Köçərli mükafatı" təsis edib.

2026-cı il üçün "Firidun bəy Köçərli" adına mükafata layiq görülən 10 namizəd AzEdu.az ekspert qrupunun geniş müzakirələri və qiymətləndirmələri nəticəsində seçilib.

Mükafat alanlar arasında ictimaiyyətlə əlaqələr sahəsində yüksək operativlik və peşəkarlığa, media-təhsil əlaqələrinin qarşılıqlı inkişafındakı xidmətlərinə görə - Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Billurə Hacızadə də var.

Qeyd edək ki, Billurə Hacızadə uzun müddətdir Elm və Təhsil Nazirliyində çalışır.  2020-ci ildə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.