Biznesiniz üçün etibarlı gəlir mənbəyi - İllik 11,25%-dək stabil gəlir!
“Bank VTB” (Azərbaycan) korporativ müştərilər üçün yeni depozit kampaniyasına start verib.
Onlayn müraciət üçün link: https://shorturl.at/WuOKo
Kampaniya çərçivəsində hüquqi şəxslər və sahibkarlar sərbəst vəsaitlərini AZN valyutasında 12 və ya 24 ay müddətinə yerləşdirərək illik 11,25%-dək gəlir əldə edə bilərlər.
Yeni depozit kampaniyası hüquqi şəxs və sahibkarlara müvəqqəti sərbəst vəsaitlərini gəlir gətirən alətə yönəltmək və maliyyə resurslarından daha səmərəli istifadə etmək imkanı yaradır. Müştərilər öz maliyyə planlamalarına uyğun olaraq depozitin müddətini və faiz gəlirlərinin ödənilməsi qaydasını seçə bilərlər.
“Bank VTB Azərbaycan”ın İdarə Heyətinin üzvü, Korporativ biznesin inkişafı departamentinin direktoru Tural Hüseynov qeyd edib:
“Bank VTB Azərbaycanın ardıcıl inkişafı və əsas maliyyə göstəricilərində müşahidə olunan müsbət dinamika həyata keçirdiyimiz strategiyanın effektivliyini və müştərilərin banka olan etimadını əks etdirir. 2026-cı ilin ilk yarısının yekunlarına əsasən, bankın xalis mənfəəti 5,8 milyon manat təşkil edib, aktivləri isə ilin əvvəli ilə müqayisədə 10% artaraq 306,2 milyon manatdan 336,9 milyon manata çatıb. Bu nəticələr “Bank VTB Azərbaycan”ın davamlı inkişaf dinamikasını təsdiqləyir və biznes üçün etibarlı maliyyə tərəfdaşı kimi mövqelərimizin daha da möhkəmlənməsinə xidmət edir.
Bizim üçün bu inkişaf, ilk növbədə, müştərilərimiz üçün yeni imkanların yaradılması deməkdir. Yeni depozit kampaniyamız çərçivəsində korporativ müştərilər sərbəst vəsaitlərini etibarlı maliyyə alətində yerləşdirərək əlavə gəlir əldə edə və kapitaldan daha səmərəli istifadə edə bilərlər”.
Kampaniya çərçivəsində depozit yerləşdirmək istəyən korporativ müştərilər “Bank VTB Azərbaycan”ın istənilən filialına müraciət edə, 986 qısa nömrəsi vasitəsilə Əlaqə Mərkəzi ilə əlaqə saxlaya və ya bankın rəsmi internet saytından ətraflı məlumat əldə edə bilərlər.


