Bu kəndin su və kanalizasiya sistemlərinin tikintisi 5,3 milyona başa gələcək

Bu kəndin su və kanalizasiya sistemlərinin tikintisi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti “Hydro-Geo Environnement Group” şirkəti ilə nəhəng müqavilə bağlayıb.

BusinessTime xəbər verir ki, müqavilədə Cəbrayılın Soltanlı kəndinin su infrastrukturunun tikintisi məsələsi öz əksini tapıb.

Qeyd edilib ki, Maşanlı, Soltanlı, Böyük Mərcanlı, Sarıcalı kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin tikintisi çərçivəsində Soltanlı kəndinin su təchizatı və kanalizasiya sisteminin tikintisi nəzərdə tutulur.

Qurum tikinti işlərinin icrası ilə bağlı şirkətlə 5.3 milyon manat dəyərində müqavilə bağlayıb. (İqtisadiyyat.az )