Diyetoloq qocalmanı ləngidən və xroniki xəstəliklərdən qoruyan içkini açıqladı
Diyetoloq Vel Uorner hüceyrələrin qocalmasına və xroniki xəstəliklərin yaranmasına səbəb olan oksidləşdirici stresə qarşı ən effektiv içkini açıqlayıb.
Oxu.Az xəbər verir ki, mütəxəssis bu barədə "Eating Well" nəşrinə verdiyi müsahibədə danışıb.
Uorner qeyd edib ki, matça çayı oksidləşdirici stresi əhəmiyyətli dərəcədə azaltmağa qadirdir. Bu faydalı içki xlorofil, kversetin, rutin və epiqallokatexin-3-qallat kimi çoxlu sayda antioksidantla zəngindir. Diyetoloqun sözlərinə görə, matçanın tərkibindəki bu maddələrin miqdarı adi yaşıl çaydan qat-qat çoxdur.
Eyni zamanda, matça bağırsaqlardakı faydalı bakteriyaları qidalandıran, beləliklə də sağlam həzm sistemini və güclü immuniteti dəstəkləyən prebiotik maddələrlə zəngindir. Bundan başqa, içkinin tərkibində kofein və hər litrində 6.1 milliqram olmaqla, yüksək konsentrasiyalı L-teanin amin turşusu mövcuddur.
O əlavə edib: "Kofeinlə birlikdə L-teanin insana sakitlik və yüksək diqqət bəxş edən enerji verir. Bu zaman qəhvə qəbulundan sonra bəzi insanlarda yaranan titrəmə halları baş vermir. Həmin birləşmə zehni aydınlığı, konsentrasiyanı və koqnitiv funksiyaları birbaşa dəstəkləyir".


