Dövlət Vergi Xidməti bu şirkətə 1 milyon manat ödəyəcək
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “AKTUM” proqram təminatının alınması və təkmilləşdirilməsi ilə bağlı “Datacore” MMC ilə müqavilə imzalayıb.
Qurum müqaviləyə əsasən, şirkətə 1 milyon 59 min 887 manat ödəniş edəcək.
Qeyd edək ki, “Datacore” MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Alena Paddubskayadır.


