FHN bu rayonlarda evlərin tikintisinə 1,5 milyon manat xərcləyəcək

FHN bu rayonlarda evlərin tikintisinə 1,5 milyon manat xərcləyəcək

Zaqatala, Balakən və Qax rayonlarında 18 fərdi yaşayış evinin tikintisinə başlanılır.

Bu barədə İqtisadiyyat.az Fövqaladə Hallar Nazirliyindən (FHN) məlumat əldə edib.

Belə ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti bununla əlaqədar müvafiq işlərə yekun vurub.

Məlumata əsasən, qurum tikinti işlərini “Balacans İnşaat” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Sözügedən işlərin icrasına 1 588 589 manat vəsait sərf olunacaq.