Gələn il büdcə kəsiri 3 milyard manat proqnozlaşdırılır

Gələn il büdcə kəsiri 3 milyard manat proqnozlaşdırılır

2026-cı ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,3% səviyyəsində proqnozlaşdırılır. 2029-cu ilə qədər bu göstəricinin 2%-ə enəcəyi gözlənilir.

BusinessTime.az xəbər verir ki, rəsmi proqnozlara əsasən, 2026-cı ildə dövlət büdcəsinin kəsiri 3 milyard 94,6 milyon manat, 2027-ci ildə 3 milyard 127,5 milyon manat, 2028-ci ildə 3 milyard 558 milyon manat, 2029-cu ildə isə 3 milyard 230,2 milyon manat təşkil edəcək.

Eyni zamanda, icmal büdcə kəsirinin 2026-cı ildə 3 milyard 870 milyon manat, 2029-cu ildə isə 1 milyard 759,9 milyon manat səviyyəsinə enəcəyi proqnozlaşdırılır.

Büdcə kəsirinin maliyyələşdirilməsi əvvəlki illərdə olduğu kimi özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma, eləcə də vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.