Gənclər Fondunun maliyyə dəstəyi ilə indigi.az” adlı layihə həyata keçirilib

Gənclər Fondunun maliyyə dəstəyi ilə indigi.az” adlı layihə həyata keçirilib

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə İsa Qurbanovun rəhbərliyi altında “indigi.az” adlı innovativ layihə həyata keçirilib.

Layihə çərçivəsində yeni İKT (İnformasiya və kommunikasiya texnologiyaları) platforması istifadəyə verilib.

"https://indigi.az" portalı Azərbaycanda İKT ekosisteminin iştirakçılarını bir araya gətirərək ekosistemin inkişafı, mövcud problemlərin həlli və standartların formalaşdırılması istiqamətində mühüm rol oynayacaq.

Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda İKT bazarında şirkətlər və xidmətlər arasında əməkdaşlıq və rəqabət məhduddur. Bunun əsas səbəblərindən biri ümumi standartların və referansların çatışmazlığıdır. Nəticədə, təklif və tələbin formalaşması, xidmətlərin keyfiyyəti və uyğunluğu kifayət qədər təmin olunmur.

Layihə rəhbəri İsa Qurbanov bildirib ki, portalın əsas məqsədi İKT şirkətlərinin təqdim etdiyi həlləri və xidmətləri standartlaşdırılmış formada təqdim etməklə bazarda şəffaf rəqabəti və innovasiyanı təşviq etməkdir.

Onun sözlərinə görə, indigi.az portalı həm də İKT şirkətlərinə öz məhsullarını və xidmətlərini vahid platforma üzərindən nümayiş etdirmək, eyni zamanda yeni əməkdaşlıqlar qurmaq imkanı təqdim edir.

Bununla yanaşı, istifadəçilər platforma vasitəsilə şirkətlər haqqında ətraflı məlumat əldə edə, təqdim olunan xidmətləri müqayisə edə və ekosistemdəki yenilikləri izləyə biləcəklər.