“Güzəştli mənzil” sisteminin texniki dəstəyi 1.7 milyon manata başa gələcək
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində olan “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti “Güzəştli mənzil” elektron sisteminin təhlükəsizliyi məqsədilə elan etdiyi irihəcmli tenderə yekun vurub.
BusinessTime rəsmi dövlət satınalmaları portalına istinadən xəbər verir ki, “Güzəştli mənzil” sisteminə 1 il ərzində texniki dəstək xidməti, İBM Instana və Opswat lisenziyalarının 1 il müddətinə uzadılması” üzrə keçirilən müsabiqənin qalibi ölkənin aparıcı İT şirkətlərindən olan “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti (QSC) olub.
Müqavilənin ümumi dəyəri 1 749 365 manatdır. (Banker.az)


