Hakimlər İttifaqına toplanmış pullar HARA XƏRCLƏNİB?
Azərbaycan Hakimlər İttifaqının 2025-ci il üzrə illik hesabatı açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı hesabatı Azərbaycan Hakimlər İttifaqının idarə heyətinin sədr müavini Ələddin Cəfərov səsləndirib.
O bildirib ki, toplanmış vəsaitin əsas hissəsi əsasən aşağıdakı istiqamətlərə xərclənib:
- Bakıda keçirilmiş Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasına - 500 min manat
- Azərbaycan Hakimlərinin I Forumuna 79 350 manat
- Apellyasiya və kassasiya məhkəmələrində kommersiya mübahisələrinə dair işlərə baxan 10 hakimin Astana şəhərinə ezam edilməsinə - 19960 manat
- Türkiyədən Azərbaycana səfər etmiş hakimlər üçün 10 500 manat
- Vəfat edən hakimlərin ailələrinə xərclənən yardımlara görə - 14 300 manat
- Hakimlərin ingilis dili səviyyələrinin artırılması istiqamətində ixtisasartırma kurslarına - 3 100 manat
- "Femida" könüllüləri ilə əməkdaşlığa - 6000 manat
- Hakimlərin futbol turnirinin keçirilməsinə -15 400 manat.
Qurum rəsmisi vurğulayıb ki, vəsaitin digər hissəsi texniki avadanlıqların alınmasına, dəftərxana xərclərinə, təqaüdə çıxan hakimlərə hədiyyələrin alınmasına və s. istiqamətə xərclənib.

