Heydər Əliyev prospektinin yeni şəhərsalma konsepsiyası hazırlanacaq
Bakının Heydər Əliyev prospektinin transformasiyası və şəhərsalma inkişafı konsepsiyası hazırlanacaq.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi hazırlıqlara başlayıb.
Məlumata görə, komitə prospektin transformasiyası və şəhərsalma inkişafı konsepsiyasının hazırlanması ilə bağlı zəruri işlər “AS+P” Albert Speer + Partner” GmbH şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqaviləyə əsasən, layinənin maliyyə dəyəri 1,5 milyon manat müəyyənləşib.

