İlk "IM Motors LS9 plug-in-Hybrid" "Sea Breeze"də təqdim olundu

İlk "IM Motors LS9 plug-in-Hybrid" "Sea Breeze"də təqdim olundu

Pekin Beynəlxalq Avtomobil sərgisində böyük maraq doğuran "IM LS9" modeli Azərbaycanda ilk dəfə təqdim edilib. Qabaqcıl idarəetmə texnologiyaları və innovativ yanaşması ilə seçilən "IM Motors" ən yeni flaqman modeli "IM LS9" ilə Azərbaycan bazarına daxil olur.

"Bildiyiniz kimi "Onvolt" şirkəti 2022-ci ildən yalnız elektrik avtomobillər istehsal edən brendlərin rəsmi idxalçısı idi, bu ildən etibarən SAIC konserni "IM Motors" brendinin model sırasına hibrid avtomobillərini də daxil edib. Hazırda təqdimatını etdiyimiz "LS9 EREV" artıq Bakıdadır, "LS6 EREV" və "LS8 EREV" isə yaxın aylarda alıcılara təqdim olunacaq. Beləliklə bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq. Bu həm "Skywell"a həmdə "IM Motors" avtomobil brendlərinə aiddir", - deyə redaksiyamıza "Onvolt" MMC-nin təsisçisi və baş direktoru Həsən İsmayılov bildirib.

İlk IM Motors LS9 plug-in-Hybrid Sea Breezedə təqdim olundu

İlk IM Motors LS9 plug-in-Hybrid Sea Breezedə təqdim olundu

- "IM LS9" - 6 nəfərlik premium "plug-in Hybrid SUV" modelidir.

- Avtomobil rəsmi idxalçı tərəfindən dörd il və ya 100 000 km-dək zəmanətlə təqdim olunur.

Yeni "IM LS9" yüksək komfort, praktiklik, qabaqcıl texnologiya və güclü performansı bir araya gətirir. Geniş interyeri, innovativ sürücü dəstək sistemləri və 1500 km-dək məsafə qət etmə imkanı ilə ailə və biznes istifadəçiləri üçün premium SUV kimi mövqelənir.

İlk IM Motors LS9 plug-in-Hybrid Sea Breezedə təqdim olundu

Modelin texniki məlumatları:

- Uzunluğu 5279 mm ;

- Eni 2000 mm ;

- Hündürlüyü 1806 mm ;

- Təkər bazası 3160 mm ;

- 517 at gücü və tam ötürücü sistemi ilə "IM LS9" öz seqmentində qiymət və performans baxımından bu günə ən diqqət çəkən təklifdir.

"IM LS9" təqdimatından etibarən "steer-by-wire" texnologiyası və 24 dərəcəyədək hərəkətli arxa təkər idarəetmə sistemi ilə fərqlənir. Bu həllər böyük ölçülü SUV üçün daha çevik idarəetmə, rahat manevr və yüksək sürüş komfortu təmin edir.

İlk IM Motors LS9 plug-in-Hybrid Sea Breezedə təqdim olundu

Müxtəlif eksteryer, interyer və təkər diski kombinasiyaları ilə təqdim olunan "IM LS9" sinfinin premium avadanlıqları ilə təchiz edilib. Yeni nəsil 4D masaj texnologiyası, böyük ölçülü 8K salon ekranları, "Bang & Olufsen" səs sistemi, eləcə də "NVIDIA" və "Qualcomm" kimi aparıcı təchizatçılardan alınmış yüksək sürətli prosessorlar avtomobilin texnoloji səviyyəsini və istifadə rahatlığını artırır.

Rəsmi idxalçının salonunda "IM LS9" 106 760 AZN-dən başlayan qiymətlərlə təqdim olunur (ƏDV daxil). Model premium SUV seqmentində yeni standartlar müəyyən etməyi və Azərbaycan bazarında hibrid texnologiyalara marağı daha da artırmağı hədəfləyir.

Model ölkədə rəsmi idxalçı "Onvolt" MMC tərəfindən təqdim edilir.

Əlaqə məlumatları:

Ünvan: Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 194

Tel.: +994 99 440 00 07, +994 12 440 00 07

İlk IM Motors LS9 plug-in-Hybrid Sea Breezedə təqdim olundu

İlk IM Motors LS9 plug-in-Hybrid Sea Breezedə təqdim olundu

İlk IM Motors LS9 plug-in-Hybrid Sea Breezedə təqdim olundu