İlqar Şamilov: “Qarabağ”ın futbolçuları üçün təhlükəsiz qidalanma modeli qurulub

İlqar Şamilov: “Qarabağ”ın futbolçuları üçün təhlükəsiz qidalanma modeli qurulub

"Qida təhlükəsizliyi idman üçün sadəcə sanitariya məsələsi deyil, eyni zamanda idmançının sağlamlığının bərpasının və davamlı performansının əsas təməlidir".  

Bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Elmi Araşdırmalar Mərkəzinin müdir müavini, “Qarabağ” futbol klubunun həkim-diyetoloqu İlqar Şamilov deyib. 

Onun sözlərinə görə, sağlam və balanslı qidalanma məşq prosesi qədər vacibdir. Düzgün seçilmiş, keyfiyyətli və təhlükəsiz qida zədələnmələrin azalmasına, daha sürətli bərpaya, sabit enerjiyə və yüksək performansa birbaşa təsir göstərir.

İlqar Şamilov bildirib ki, AQTİ-nin elmi potensialı ilə “Qarabağ” futbol klubunun praktik təcrübəsinin birləşdirilməsi nəticəsində idmançılar üçün həm təhlükəsiz, həm də sistemli qidalanma modeli qurulub.