Kolbasa istehsalında 17%-dən çox artım olub
Azərbaycanda kolbasa məmulatları istehsalında artım müşahidə olunub.
Valyuta.az xəbər verir ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanda 5 min 478,6 ton kolbasa məmulatları istehsal olunub.
Ötən ilin eyni dövründə bu göstərici 4 min 658,5 ton təşkil edib.
Bu, illik müqayisədə 820,1 ton və ya 17,60% artım deməkdir.
Mart ayının 1-nə hazır məhsul ehtiyatı 23,3 ton olub.

