“Kredit Evi”nin aktivləri 60 milyon manatı ötüb
“Kredit Evi” ASC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabatdan görünür ki, kredit təşkilatı ili mənfəətlə başa vurub və aktivlərinin həcmi 60 milyon manatı keçib.
Təşkilatın maliyyə hesabatlarına audit rəyini “Baker Tilly Audit Azərbaycan” QSC verib.
2025-ci ilin yekunlarına əsasən, “Kredit Evi” ASC-nin faiz gəlirləri 21 milyon 409 min 035 manat təşkil edib. Bu göstərici təşkilatın əsas gəlir mənbəyinin kredit fəaliyyəti olduğunu göstərir. Hesabat dövründə faiz xərcləri isə 6 milyon 558 min 566 manat olub.
31 dekabr 2025-ci il tarixinə “Kredit Evi” ASC-nin cəmi aktivləri 60 milyon 89 min 105 manat təşkil edib. Aktivlərin böyük hissəsi müştərilərə verilmiş kreditlərdən ibarət olub. Belə ki, hesabat tarixinə təşkilatın kredit portfeli 52 milyon 587 min 592 manat səviyyəsində formalaşıb.
Bu da kredit təşkilatının aktivlərinin əsas hissəsinin real sektor və müştəri maliyyələşməsinə yönəldiyini göstərir.
Hesabata görə, 31 dekabr 2025-ci il tarixinə “Kredit Evi” ASC-nin cəmi öhdəlikləri 53 milyon 985 min 343 manat olub. Təşkilatın cəmi kapitalı isə 6 milyon 103 min 762 manat təşkil edib.
2025-ci ilin yekununda “Kredit Evi” ASC-nin illik mənfəəti 4 milyon 844 min 169 manat olub.


