Lökbatandakı yanğında "Birmarket"in anbarına zərər dəyib - AÇIQLAMA

Lökbatandakı yanğında "Birmarket"in anbarına zərər dəyib

Yanğının genişlənməsi nəticəsində Birmarket-ə məxsus anbara zərər dəyib.

Bu barədə "Kapital Bank"dan bildirilib.

Qeyd edilib ki, hadisə ilə əlaqədar olaraq Birmarket məhsullarının yerləşdiyi anbar sahəsinin fəaliyyəti müvəqqəti dayandırılıb:

"Hadisə zamanı əməkdaşlarımıza fiziki zərər dəyməyib. Hazırda zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.

Məlumat üçün bildiririk ki, bu səbəbdən də müştərilərin aktiv sifarişlərinin çatdırılmasında gecikmələr, yeni sifarişlərin qəbulunda isə çətinliklər yaşana bilər.

Qeyd edək ki, hazırda aidiyyatı qurumlar tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir. Operativ fəaliyyətlərinə görə aidiyyatı qurumlara, anlayışlarına görə isə müştərilərimizə təşəkkür edirik", - deyə açıqlamada deyilir.