Marsol Group partnyorları “Aqat Silver”də - FOTOLAR

Marsol Group partnyorları “Aqat Silver”də
14 yanvar tarixində Marsol Group partnyorları ofis ziyarətli çərçivəsində “Aqat Silver”də qonaq olub.
 
Ziyarətdən öncə partnyorlar “Prive Steak Gallery” restoranında çay süfrəsi ətrafında bir araya gələrək, şirkətlərin fəaliyyət sahələri, xidmətləri və əməkdaşlıq imkanları haqqında ilkin tanışlıq və müzakirələr aparıblar. 
 
Daha sonra “Aqat Silver”in mağazasına keçid edilib. Şirkətin təsisçisi Aslan Abbaszadə “Aqat Silver”in tarixi, konsepti və təqdim etdiyi məhsullar barədə ətraflı məlumat verib. 
 
Qeyd edək ki,  "AQAT–Silver” mağazalar şəbəkəsi 20 ildən çoxdur ki, fəaliyyət göstərir. Mağazada dünyanın 50-dən çox ölkəsindən gətirilmiş təbii-müalicəvi mineral daşlardan hər çeşid ziynət əşyaları və hədiyyəliklər mövcuddur.
 
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1