Marsol Group partnyorları ilə növbəti dəfə işgüzar görüş keçirilib
İyulun 9-da partnyorlar arasında yeni əməkdaşlıqların qurulması və şirkətlərin fəaliyyətlərinin tanıdılması məqsədilə baş tutan görüşdə məhsuldar müzakirələr aparılıb.
Hər bir şirkət öz fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında ətraflı təqdimat edib. Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.
Həmçinin görüşdə "Baku Electronics"in Satınalma və Təchizat rəhbəri Mahir Ağayev də iştirak edib, görüş zamanı Mahir bəy Baku Electronics tərəfindən məhsul satınalması və təchizat istiqamətləri ilə bağlı Marsol Group üzvlərini məlumatlandırıb.



