Mediasiya Şurası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulub
Mediasiya Şurası, Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 27 oktyabr tarixli 314 nömrəli Fərmanının 5.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yaradılmış Elektron Hökumət İnformasiya Sistemi infrastrukturunda fəaliyyət göstərən Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi sisteminə qoşulub.
Agentlik tərəfindən rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılmasının təmin edilməsi sahəsində Mediasiya Şurasına yaradılan imkanlar, ölkəmizdə yeni formalaşan mediasiya institutunun fəaliyyətində səmərəliliyin, şəffaflığın, çevikliyin və optimallaşdırmanın artırılmasına mühüm töhfə verir. Bu addım vətəndaş məmnunluğunun təmin olunmasına, dövlət qurumları ilə kargüzarlıq işinin daha yüksək səviyyədə təşkilinə, həmçinin sənədlərin etibarlılığının qorunmasına da xidmət edir.
Beləliklə, Elektron Sənəd Dövriyyəsi sisteminə qoşulmaqla Mediasiya Şurası sənəd dövriyyəsi işlərinin daha müasir və innovativ əsaslarla idarə olunmasını təmin etmiş olur.


