Mərkəzi Bank köhnə binasında 80 minə otaq təmir edəcək
Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən əvvəlki inzibati binasındakı otaqlardan birinin yenidən qurulması (layihələndirilmə daxil) işləri həyata keçiriləcək.
Bank buna görə, "Platinr Group" MMC-ə 80 min 169 ödəyəcək.
Qeyd edək ki, "Platinr Group" şirkətinin nizamnamə kapital 100 manat, qanuni təmsilçisi isə Fərəcov Elvin Nizami oğludur. Şirkət 2024-cü ildən bəri ölkədə keçirilən 25-ə yaxın dövlət satınalmasının qalibi olub.
Məlumat üçün deyək ki, Mərkəzi Bankın hazırkı inzibati binası Bakıda Heydər Əliyev prospekti 167 ünvanında yerləşir. Bu il iyunun 3-də Prezident İlham Əliyevin iştirakı ilə sözügedən inzibati binanın açılışı olub. (plat.az)


