"Unibank"a yeni sədr təyin edilib

"Unibank"a yeni sədr təyin edilib

"Unibank" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

BusinessTime Banka istinadən xəbər verir ki, bu, Valentin Morozovdur.

O, uzun illər nüfuzlu banklarda rəhbər vəzifələrdə çalışıb.

Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 149,386 milyon manatdır. Bankın səhmlərinin 94,08 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 5,92 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.