Məşhur fransız rəssam Klod Monenin iki əsəri satışa çıxarılacaq

Məşhur fransız rəssam Klod Monenin iki əsəri satışa çıxarılacaq

Məşhur fransız rəssam Klod Monenin ən qiymətli iki əsəri aprelin 16-da Parisdə keçiriləcək müasir incəsənət hərracında satışa çıxarılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "Sotheby's" hərrac evinin mətbuat xidməti məlumat yayıb.

Kolleksiyaçılar "Vetey, səhər effekti" (ilkin qiymətləndirmə 6-8 milyon avro - təxminən 6.9-9.2 milyon dollar) və "Port-Villdəki adalar" (qiymətləndirmə 3-5 milyon avro - təxminən 3.4-5.7 milyon dollar) əsərlərini əldə edə biləcəklər.

Hər iki əsər Klod Monenin son 20 il ərzində Fransada hərraca çıxarılan ən qiymətli işləri hesab olunur.

Tanınmış impressionistin hərracda satılan ən bahalı əsəri isə "Ot tayası" tablosudur. 2019-cu ildə bu əsər üçün 111 milyon dollar ödənilib.