Məsuliyyət, peşəkarlıq və uğur ünvanı: Ceyhun Abbasov

Məsuliyyət, peşəkarlıq və uğur ünvanı: Ceyhun Abbasov

Bu gün tanınmış iş adamı, "Avrora Qrup"un prezidenti Ceyhun Abbasovun doğum günüdür.

Azərbaycan biznes mühitində peşəkar idarəçilik, strateji baxış və yenilikçi yanaşma ilə seçilən Ceyhun Abbasov uzun illərdir ki, ölkənin iqtisadi inkişafına töhfə verən rəhbərlər sırasında özünəməxsus yer tutur. Onun rəhbərliyi ilə "Avrora Qrup" fəaliyyət istiqamətlərini davamlı şəkildə genişləndirərək istehsal, distribusiya və digər sahələrdə mühüm nailiyyətlər əldə edib.

Ceyhun Abbasovun idarəçilik fəlsəfəsinin əsasını keyfiyyət, məsuliyyət, komanda işi və davamlı inkişaf prinsipləri təşkil edir. Bu yanaşma şirkətin uğurlarını möhkəmləndirməklə yanaşı, ölkədə sahibkarlıq mühitinin inkişafına da mühüm töhfələr verir.

Müasir biznes çağırışlarına uyğun qərarlar qəbul etməsi, innovativ düşüncəyə üstünlük verməsi və insan kapitalına verdiyi dəyər onu işgüzar dairələrdə hörmət qazanan rəhbərlərdən birinə çevirib. Onun fəaliyyəti gənc sahibkarlar üçün də uğurlu idarəçilik nümunəsi hesab olunur.

Doğum günü münasibətilə Ceyhun Abbasovu səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti, yeni uğurlar və rəhbərlik etdiyi "Avrora Qrup"a daha böyük nailiyyətlər arzulayıram!

Doğum gününüz mübarək!

Aslan Abbaszadə
FaktorNews xəbər portalının Təsisçisi və Baş Redaktoru