Metaldan konstruksiyaların istehsalı artıb

Metaldan konstruksiyaların istehsalı artıb

Bu ilin yanvar-noyabr aylarında ölkədə 22,5 min tondan çox metaldan konstruksiyalar istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 6,3 faiz və ya 1,3 min ton çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin oktyabr ayı ilə müqayisədə isə noyabrda istehsal həcmində 28,7 faiz və ya 617,8 ton artım qeydə alınıb. Noyabr ayında 2,7 min tondan çox metaldan konstruksiyalar istehsal edilib.

Dekabr ayının 1-nə hazır məhsul ehtiyatı 11,6 min ton təşkil edib.