Nadir Adilov Azərbaycan Din Xadimlərinin II Forumunda çıxış edib

Nadir Adilov Azərbaycan Din Xadimlərinin II Forumunda çıxış edib

Azərbaycan Din Xadimlərinin II Forumunun “Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: müasir metod və innovativ yanaşmalar” mövzusuna həsr olunmuş III panel müzakirəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə keçirilib.

Panel müzakirəyə Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev moderatorluq edib. Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnov və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyevin çıxış etdiyi paneldə qlobal çağırışlar şəraitində gənclərin mənəvi dəyərlər əsasında formalaşdırılmasının önəmi və maarifləndirmə üsulları müzakirə olunub.