Naxçıvanda yaşayış binaları əsaslı təmir olunacaq
Naxçıvan şəhərində 10 yaşayış binası əsaslı təmir işləri aparılacaq.
Bu barədə İqtisadiyyat.az Naxçıvan Şəhər İcra Hakimiyyətindən məlumat əldə edib.
İlkin mərhələdə əsaslı təmir işlərinin layihələndirilməsinə başlanılır.
Məlumata görə, layihələndirmə işlərinə 300 min manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.


