Nissan NX7 krossoveri Çində satışa çıxmağa hazırlaşır
Nissan-ın yeni NX7 krossoveri Çində satışa çıxmağa hazırlaşır. Yeni modelin doldurulan hibrid (PHEV) versiyada təklif ediləcəyi və satışların artıq bu il başlaması gözlənilir.
Nissan NX7-nin ilk rəsmi görüntüləri ötən həftənin ortalarında yayımlanıb. Daha sonra model Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin kataloqunda sertifikatlaşdırılmış avtomobillər arasında yer alıb. Bunun ardınca yeni krossoverin əlavə rəsmi görüntüləri və videosu da dərc olunub.
NX7 ilk növbədə Çin bazarı üçün hazırlanıb və Nissan-ın yerli istehlakçıların zövq və tələbləri nəzərə alınmaqla yaratdığı yeni N-seriyasının dördüncü modeli olacaq.


