Nuranə Babayeva vəzifəsindən ayrılıb
Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat xidmətinin rəhbəri Nuranə Babayeva vəzifəsindən ayrılıb.
Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
N.Babayeva bildirib ki, bu müddət ərzində Kəlbəcərdə həyata keçirilən müxtəlif layihələrin və mühüm tədbirlərin təşkilində, həmçinin onların ictimaiyyətə çatdırılması prosesində fəal iştirak edib:
"2 ilə yaxın müddətdə Kəlbəcərdə həyata keçirilən tarixi ilk böyük qayıdışın, ilk Şəhər Gününün, ilk festivalın və bir çox digər əlamətdar tədbirlərin təşkili və ictimaiyyətə çatdırılması prosesində yer almaq mənim üçün böyük şərəf idi.
Bu müddət ərzində Kəlbəcərin inkişafı və tanıdılması istiqamətində faydalı işlər görməyə çalışdım. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının ictimaiyyətə çatdırılmasında kiçik də olsa payımın olmasından qürur duyuram",-deyə o, paylaşımda qeyd edib.
Qeyd edək ki, Nuranə Babayeva Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə 2025-ci ilin avqust ayında təyin edilmişdi.


