Ölkə tütün ixracından qazancını 50% artırıb

Ölkə tütün ixracından qazancını 50% artırıb

Bu ilin birinci rübündə Azərbaycan 14,5 milyon dollar dəyərində tütün və tütün məmulatları ixrac edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Hesabat dövründə ölkənin tütün ixracından gəliri illik müqayisədə 50% çoxdur.

Əlavə edək ki, bu dövrdə tütün ixracı Azərbaycanın ümumi ixracının 0,27%-ni təşkil edib.