Ölkə üzrə 471 min hektardan çox sahədə taxıl səpini yekunlaşıb
Dekabrın 1-dək ölkə üzrə taxıl səpinini başa çatdıran 177 635 fermer öz əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, fermerlər tərəfindən bəyan edilən əkin sahələrinin ümumi həcmi 471 754 hektardır.
Qeyd edək ki, EKTİS-də payızlıq əkinlərin bəyan prosesinə sentyabrın 1-dən start verilib. Taxıl səpinini başa çatdıran fermerlər bu sistemdə öz şəxsi kabinetlərini aktivləşdirərək, torpaq üzərində mülkiyyət sənədlərini və əkin məlumatlarını sistemə daxil edirlər. Respublika üzrə payızlıq əkinlərin bəyanı prosesi dekabrın 30-da başa çatacaq.

