PAŞA Kapital-ın anderrayterliyi ilə Kapital Bank istiqrazlarına 146 milyon manatdan artıq sifariş
15 ilə yaxındır ki, ölkənin kapital bazarlarının aparıcı investisiya şirkəti kimi fəaliyyət göstərən PAŞA Kapital növbəti anderrayter layihəsi çərçivəsində Kapital Bank-ın 50 milyon AZN həcmində istiqrazlarının yerləşdirilməsini uğurla həyata keçirib. İstiqrazlara olan yüksək investor marağı nəticəsində yerləşdirilən sifarişlərin ümumi məbləğinin 146 161 800 AZN təşkil etməsi təmin olunub. Belə ki, daxil olan sifarişlərin həcmi emissiya məbləğini üç dəfəyə yaxın üstələyib.
İstiqrazların yerləşdirilməsi 05 avqust 2026-cı il tarixində Bakı Fond Birjasında həyata keçirilib. Hərrac zamanı 314 fiziki və 22 hüquqi şəxs olmaqla, ümumilikdə 336 investor tərəfindən sifariş təqdim edilib. Fiziki şəxslər tərəfindən daxil olan sifarişlərin həcmi emissiya məbləğinin 115,4%-ini təşkil edib və təqdim olunan sifarişlər tam həcmdə təmin olunub.
Yerləşdirilən sifarişlərin həcm bölgüsünə əsasən:
Fiziki şəxslər: Sifarişlərin ümumi həcmi – 57,698,800 AZN;
Hüquqi şəxslər: Sifarişlərin ümumi həcmi – 88,463,000
İstiqrazları abunə yazılışı dövründə əldə edə bilməyən şəxslər təkrar bazarda iştirak edərək istiqraz sahibi ola bilər. Kapital Bank istiqrazları üzrə faiz (kupon) ödənişləri 05 avqust 2026-cı il tarixindən hesablanmağa başlanılıb və ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 1 (bir) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.


