Özəl məhkəmə eksperti olmaq istəyənlər üçün qeydiyyat başladı
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün keçiriləcək icbari təlimə qeydiyyat başlayıb.
Təlimdə iştirak etmək istəyən namizədlər 6 avqust tarixindən 5 sentyabr saat 23:59-dək elektron ərizə formasını dolduraraq və tələb olunan sənədlərin skan olunmuş surətini əlavə edərək müraciət edə bilərlər.
Elektron ərizə formasına əlavə ediləcək sənədlərin siyahısı aşağıdakılardır:
· şəxsiyyəti təsdiq edən sənədin skan olunmuş surəti;
· ali təhsil haqqında sənədin notariat qaydasında təsdiq edilmiş və skan olunmuş surəti;
· 1 ədəd 3x4 sm ölçüdə fotoşəklin skan olunmuş surəti.
Müraciət elektron qaydada qəbul edilir.
İcbari təlim ödənişli əsaslarla həyata keçirilir.
Qeyd edək ki, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərin “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində müəyyən edilən tələblərə cavab verməsi zəruridir.
Əlavə məlumat əldə etmək üçün namizədlər (+994 12) 493 71 31 (daxili 125) nömrəli telefon vasitəsilə əlaqə saxlaya bilərlər.


