Pərviz Sədrəddinov ölkə başçısı tərəfindən təltif edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusu və mülki işçisi təltif edilib.
Təltif edilənlər arasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov da var.
O, “Tərəqqi” medalına layiq görülüb.
Qeyd edək ki, Pərviz Sədrəddinov 2023-cü ilin iyul ayından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hazırkı vəzifəsinə təyin olunub.
Daha əvvəllər “Kapital Bank”ın mətbuat katibi işləyib. Ondan öncə isə “DəmirBank”da Reklam və PR üzrə baş mütəxəssis, “Expressbank”da mətbuat katibi vəzifəsində çalışıv. O, 1998-2002-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb.

