“Qala Sığorta” yığımlarının yarıdan çoxunu itirib

“Qala Sığorta” yığımlarının yarıdan çoxunu itirib

“Qala Sığorta” şirkəti bu ili yanvar-may aylarında 21,1 milyon manat həcmində sığorta haqqı toplayıb.

Bu ötən ilin eyni dövrü ilə müqayisədə 54,8% və ya 25,6 milyon manat azdır.

Belə ki, ötən ilin yanvar-may aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 46,7 milyon manata təşkil edib.

Araşdırmalar göstərir ki, 2025-ci ildə sığorta şirkəti hər ay orta hesabla 14-15 milyon manat civarında sığorta haqqı toplaya bilirdisə, bu il aylıq yığım həcmi 3-5 milyon manata enib. 

“Qala Sığorta”nın ödənişləri isə, ötən ilin eyni dövrünə nisbətən yanvar-may aylarında cüzi, yəni 0,8% artaraq 10,2 milyon manata bərabər olub. Ümumilikdə isə şirkətin aylıq ödənişləri 2025-ci ildəki 6-7 milyon manatdan cari ildə 2 milyon manata enib. 

Qeyd edək ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 10,02 milyon manatdır. Sığorta şirkətinin 100% səhmdarı “Azre-Təkrarsığorta” şirkətidir. Sözügedən şirkətlərin adı mediada keçmiş maliyyə naziri və hazırda baş nazirin müavini Samir Şərifovla hallanır. S.Şərifov 2025-ci ilin yanvar ayında maliyyə naziri vəzifəsindən azad olunub və baş nazirin müavini təyin edilib. (Plat.az)