Qaxda vətəndaşların problemləri diqqət mərkəzində saxlanılır

Qaxda vətəndaşların problemləri diqqət mərkəzində saxlanılır
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tərəfindən keçirilən səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən irəli sürülən rəy və təkliflər nəzərə alınaraq aidiyyəti qurumlara yönləndirilmiş, onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsi təmin edilmişdir.
 
Bu çərçivədə Qax şəhər, İlisu, Güllük, Zəyəm-Tasmalı və Qıpçaq bələdiyyələri tərəfindən öz səlahiyyətləri daxilində yerli əhəmiyyətli məsələlərin həlli istiqamətində bir sıra işlər həyata keçirilmişdir.
 
Belə ki, bələdiyyələrin ərazilərini əhatə edən yaşayış məntəqələrində kənd yollarının təmiri, kəndarası yolların çınqıllanaraq hamarlanması, küçələrin işıqlandırılması, məişət tullantılarının təmizlənməsi, arxların lildən təmizlənməsi işləri görülmüşdür.
 
Eyni zamanda kəndlərin sərhədlərində ərazilərin kolluqdan təmizlənməsi və ağac tinglərinin əkilməsi işləri aparılmışdır.
 
Şəhər ərazisində küçə və parklarda təmir-tikinti və abadlıq işləri həyata keçirilmişdir.
 
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi davam etdirilir.
1
1
1
1
1
1