Restoran üçün ən vacib amil lokasiyadır, yoxsa mətbəx?
Restoran biznesində uğura təsir edən bir sıra amillər var. Bunlar arasında restoranın yerləşdiyi ərazi, mətbəxin keyfiyyəti, qiymət siyasəti və müştəriyə təqdim olunan xidmət xüsusi əhəmiyyət daşıyır. Bəzən yaxşı lokasiyanın müştəri axınını artırdığı, bəzən isə fərqlənən mətbəxin restoranı seçilən etdiyi düşünülür.
Sizcə, restoran biznesində uğur üçün daha vacib amil lokasiyadır, yoxsa mətbəxin keyfiyyəti?
Valyuta.az-a danışan restorator Mahir Əhmədzadə bildirib ki, restoran biznesində lokasiya da, mətbəx də vacibdir:
“Amma məncə düzgün ardıcıllıq belədir: Lokasiya müştərini gətirir, mətbəx isə onu geri qaytarır. Lokasiya görüntü, müştəri axını və əlçatanlıq yaradır. Mətbəx dad, keyfiyyət və fərqlilik yaradır. Xidmət isə müştərinin təkrar gəlməsinə səbəb olur. Qiymət və konsept bütün bunların müştəriyə uyğun olub-olmadığını müəyyən edir. Ən yaxşı lokasiyada zəif mətbəx uzunömürlü ola bilməz, ama çox yaxşı mətbəx də yanlış lokasiyada öz müştərisini tapmaqda çətinlik çəkər. Qısası, lokasiya müştərini qapıya gətirir, mətbəx onu masaya bağlayır, xidmət isə yenidən geri qaytarır.”


