Rövşən Rüstəmovdan yeni təyinat

Rövşən Rüstəmovdan yeni təyinat

"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətində (QSC) yeni kadr təyinatı olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə qurumun idarə heyətinin sədri Rövşən Rüstəmov əmr imzalayıb. 

Əmrə əsasən, Ülvi Ağayev ADY-nin Müqavilə şöbəsinin böyük mütəxəssisi vəzifəsindən azad edilərək qurumun Sifariş mərkəzi şöbəsinin müdiri təyin edilib.