Süni intellektdə yeni era

Süni intellektdə yeni era

Süni İntellekt mütəxəssisi Vüsal Orucov Valyuta.az üçün yazır…

Süni intellektdə yeni era başlayır, bəlkə də başlayıb. “Google”ə məxsus olan “Deepmind” şirkəti “Gemini”ni təqdim etdi. Düşünürəm ki, bu artıq yeni bir başlanğıcdır. ChatGPT burada zəif qaldı. Şəkil, video, səs və kodla hamısı birlikdə kombinasiyalı işləyə bilir.

“Gemini” canlı formada videoda gördüyü hər şeyi analiz edir, səsli şəkildə sizinlə dialoq qurur. Sanki qarşıdakı real insanmış kimi informasiyanı analiz edir və analitik düşünərək sizinlə dialoq qurur. Düşünürəm ki, videoda gördüyü hər obyekti tanımaq, özü də real vaxtda - gecikmədən və onun haqqında verilən suala analitik (yaradıcı) cavab vermək insana yaxın bir haldır. Bununla da bitmir, sizi öyrədici rolda da çıxış edə, istədiyiniz bir bölməni sizə öyrədə bilir. Dil öyrənmə və s. Canlı videoda obyekti izləmə yerinin təyini forması və s. bütün dəyişikliləri analiz edir. Bir sözlə, hər şeyi bilir.

“Google” şirkəti “Gemini”ni üç ölçüdə təqdim edəcək.

Ultra - son dərəcə çətin və qarışıq tapşırıqlar üçün ən böyük model olacaq.

Pro - Geniş çeşidli tapşırıqların həlli və onun genişləndirməsi üçün model

Nano - Cihazdakı tapşırıqlar üçün ən səmərəli modeldir.

“Google”un təqdim etdiyi nəticələrə görə, “Gemini ultra”, GPT-4 dən demək olar bütün parametrlərdə qabaqcıldır. 

Ümumi GPT-4 86.4% nəticə verərkən “Gemini Ultra” 90% nəticə verir.

Riyazi, kod, şəkil, video və audio nəticələrində də GPT-4V-dən üstün nəticə verir. 

“Google” şirkəti “Gemini”nin bir çox sistemlərlə inteqrasiyasını mümkün edəcək. Həmçinin “Google Cloud Vertex AI”ın da “Google”un claud sistemində əlçatan olacağı gözlənilir. 

Texnologiya nəhənglərinin savaşı davam edərkən və sürətli inkişafı nəzərə alarsaq, bu sürətə uyğunlaşmağa çalışarkən bir çox peşələrin yön dəyişəcəyi qaçılmazdır.