Şuşada qastronomiya tədbiri keçiriləcək
"Şuşa 2026 - İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Paytaxtı" çərçivəsində qastronomiya tədbiri keçiriləcək.
Bu barədə İqtisadiyyat.az Dövlət Turizm Agentliyindən məlumat əldə edib.
Məlumata əsasən, tədbir Dövlət Turizm Agentliyi tərəfindən təşkil olunacaq.
Eyni zamanda "Şuşa 2026 - İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Paytaxtı" çərçivəsində bir sıra silsilə tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub.

