Tanınmış jurnalist Rəşad Baxşəliyev vəfat edib

Tanınmış jurnalist Rəşad Baxşəliyev vəfat edib

"Azərbaycan" qəzetinin şöbə müdiri, Parlament Jurnalistlər Birliyinin üzvü, qazi jurnalist Rəşad Baxşəliyev vəfat edib.

48 yaşlı mərhum jurnalist bu gün dəfn olunacaq.

Qeyd edək ki, son illərdə onun səhhətində ciddi problemlər yaranmışdı.

R.Baxşəliyev ötən il ağır ürək əməliyyatı keçirmişdi. Onun ölümünə də ürək tutmasının səbəb olduğu bildirilir.

Rəşad Baxşəliyev 1978-ci ildə Mingəçevir şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun illər "Şərq" qəzetində çalışıb. Sonra fəaliyyətini rəsmi dövlət mətbuat orqanı olan "Azərbaycan" qəzetində davam etdirib. O, Parlament Jurnalistləri Birliyinin üzvü idi.

R.Baxşəliyev 2020-ci ildə Vətən müharibəsi başlayan kimi ordu sıralarına qoşulub. Müharibədə zabit kimi döyüşüb, bir necə medalla təltif olunub.

Allah rəhmət etsin.