Tanrıverdi Mustafayev yubiley medalı ilə təltif edilib

Tanrıverdi Mustafayev yubiley medalı ilə təltif edilib

Tanınmış ictimai xadim, biologiya elmləri namizədi Tanrıverdi Mustafayev yubiley medalı ilə təltif edilib.

Bu barədə Tanrıverdi Mustafayev öz sosial media hesabında məlumat paylaşıb.

"Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilən "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olundum. Mənim üçün şərəf, eyni zamanda böyük qürur və  məsuliyyətdir. Möhtərəm Prezidentimizə,  Medianın İnkişafı Agentliyinin rəhbərliyinə və əməyi olan hər kəsə dərin minnətdarlığımı bildirirəm."

Qeyd edək ki, Tanrıverdi Mustafayev uzun illər dövlət qurumlarından çalışıb.
 
2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.